Münhen "Bavariya"sı qapıçısı Manuel Noyerin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qolkiper də Bundesliqa təmsilçisi ilə sözləşməni yeniləməyə müsbət yanaşır.  

Noyer “Bayern”lə müddəti 2025-ci ilin yayına qədər yeni sözləşmə imzalamaq istəyir.

Qeyd edək ki, təcrübəli qapıçı 2011-ci ildən “Bayern”də çıxış edir.