Türkiyə millisinin üzvü Ozan Kabak bu yay "Şalke"ni tərk edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə İngiltərədən "Nyukasl", Fransadan "Nitsa" və "Renn", İtaliyadan "Torino" və Bundesliqadan "Bayer" klubları yaxından maraqlanır. Sözügedən klubların nümayəndələri 2-ci Bundesliqa təmsilçisi "Şalke" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Kabakın "Şalke" ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.