Almaniyanın "Şalke" klubu Ozan Kabakla yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun idman direktoru Ruven Şreder danışıb. O, 21 yaşlı müdafiəçinin tezliklə satılacağını bildirib:

"Ozan transfer bazarında elə bir mövqedədir ki, transferin vaxtında ediləcəyinə inanıram".

2-ci Bundesliqada çıxış edən "Şalke" ilə 2024-cü ilə qədər müqaviləsi olan Ozanın satış dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, Ozan Kabakla Almaniyadan "Bayer", "Leyptsiq", İngiltərədən "Lester Siti" klubları yaxından maraqlanır.