İcarə əsasında çıxış etdiyi "Liverpul"la müqaviləsi başa çatan və "Şalke"yə geri dönən Ozan Kabak komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira məlumat yayıb. "Bayer"in 21 yaşlı müdafiəçi ilə danışıqlara başladığı bildirilir.
2021-22 mövsümünü 2-ci Bundesliqada davam etdirəcək "Şalke"nin Türkiyə millisinin üzvü ilə 2024-cü ilədək anlaşması var. Futbolçunun satış qiyməti 25 milyon avrodur.