"Bavariya" yeni baş məşqçini ictimaiyyətə təqdim edib.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Yulian Naqelsmann bu gündən rəsmən münhenlilərin baş məşqçisi hesab olunur. 33 yaşlı mütəxəssis bu postda Almaniya millisini çalışdıracaq Hans Fliki əvəzləyib.

Klubda daha bir dəyişiklik gerçəkləşib. Bu gündən etibarən "Bavariya"nın baş direktoru Oliver Kan olacaq. Ötənlərin məşhur qapıçısı Karl-Haynts Rummenigeni əvəzləyib. 

IMG 7026