"Roma"da çıxış edən Cengiz Ündərlə Bundesliqadan 3 klub maraqlanır.

Offsideplus.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi yaxşı təklif qarşılığında 23 yaşlı yarımmüdafiəçini sata bilər. "Başakşehir"dən bonuslarla birlikdə 15 milyon avro qarşılığında transfer edən "Roma", Ündər üçün satın aldığı məbləğdən aşağı təklif alsa, qəbul etməyəcək.

Türkiyə millisinin üzvünü  Almaniyanın "Bayer", "Leyptsiq" və "Ayntraxt" klubları heyətinə qatmaq arzusundadır.

Qeyd edək ki, Ündərin "Roma" ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatacaq.