Robert Levandovski maraqlı açıqlamalarla gündəmə gəlib.

Offsideplus.az "Sportweek"ə istinadla xəbər verir ki, 32 yaşlı forvard yüksək məhsuldarlığı haqda danışarkən bu ifadələri işlədib: "Çoxları mənim robot olduğumu düşünür. Lakin mən robot yox, insanam. Hücumçu üçün hər gün məşq etmək olduqca vacibdir. Beyni məşq etdirmək lazımdır ki, həlledici anlarda tez qərar verməyi bacarasan. İstedad mühüm amildir, lakin gərgin çalışma olmasa, bacarıq itib-batacaq".

Qeyd edək ki, Levandovski cari mövsümdə meydana çıxdığı 39 matçda 47 qol vurub, 8 məhsuldar ötürmə verib.