“Leyptsiq” klubu futbolçusu Dominik Şobozlainin müqaviləsini yeniləyib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.  

Qeyd edək ki, sözügedən oyunçu 2021-ci ilin yanvarından “Leyptsiq”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 12 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.