Robert Levandovski "Bavariya"dan ayrıla bilər.
Offsideplus.az "Weltfussball"a istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır. Futbolçunun agenti Pini Zahaviyə gələn zənglərdən və rəsmi təkliflərdən sonra tanınmış agent "Bavariya" rəhbərliyi ilə görüşmək niyyətindədir. Mənbənin məlumatına görə, Levaya "elçi" düşən klublar indiki qazancından daha artıq maaş təklif edir ki, bu da futbolçunun ürəyincədir. Robertin 2010-cü ildən top dalınca qaçdığı Almaniyanı Avropanın başqa ölkəsinə dəyişməkdə maraqlı olduğu da deyilir.
Qeyd edək ki, təcrübəli hücumçunun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Transfer dəyəri isə 60 milyon avro dəyərləndirilir.