Mövsümün sonu Bundesliqanı tərk edəcəyi rəsmiləşən "Şalke" klubu azarkeşlərini polisə şikayət edəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb tərəfdarların bir neçə gün öncə futbolçulara hücum etməsi olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bundesliqanın 30-cu turunda "Arminiya"ya uduzan (0:1) komanda 1988-ci ildən bəri ilk dəfə əsas çempionatı tərk edəcək. Buna əsəbləşən azarkeşlər oyundan sonra futbolçular üzərinə hücum çəkib və onları klubun bazasına qədər qovub.