Jerom Boatenqin cari mövsümün sonu "Bavariya"dan ayrılacağı dəqiqləşib.

Offsideplus.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin idman direktoru Hasan Salihamidziç açıqlama verib.

“Bu qərarı "Bavariya" rəhbərliyi komandanın baş məşqçisi ilə birlikdə verdi. Vəziyyəti Jeroma izah etdim, hər şeyə anlayışla yanaşdı".

Qeyd edək ki, 211-ci ildən Münhen komandasında çıxış edən Boatenqin müqaviləsi bu yay başa çatır.