Münhen "Bavariya""Çelsi"nin futbolçusu Kristian Pulişiçi transfer etmək niyyətində deyil.

Offsideplus.az xəbər verir ki, Bundesliqa liderinin 22 yaşlı hücumameyilli yarımmüdafiəçini sıralarına qatmaq barədə planı olmayıb.

İngiltərə mətbuatında yayılan xəbərlərin yalan olduğu bildirilib.

Qeyd edək ki, Pulişiç 2019-cu ildə Dortmund "Borussiya"sından "Çelsi"yə transfer edilib.