"Bavariya"nın futbolçusu Korentin Tolisso dünən məşq zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, bud nahiyəsindən xəsarət alan yarımmüdafiəçi bu gün əməliyyat olunub. Onun ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Baş məşqçi Hansi Filik mətbuat konfrasına açıqlama verərkən bunun onlar üçün şok olduğunu deyib. 

Mövsümün qalan hissəsi üçün sıradan çıxan Tolisso, Fransa yığmasında Avropa çempionatını da buraxa bilər.