"Bavariya"nın məşhur futbolçusu David Alaba bu gün mətbuata açıqlama verib.

Offsideplus.az Münhen klubunun rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, avstriyalı müdafiəçi mövsmün sonunda komandadan ayrılacağını açıqlayıb.

O, mətbuat konfransında bu sözləri deyib:

"Mövsüm sonunda "Bavariya"nı tərk etmək və yeni bir macəraya başlamaq qərarına gəlmişəm. Asan qərar olmadığı bəllidir. 13 ildir buradayam və bu klub həqiqətən mənim üçün böyük məna kəsb edir".

Qeyd edək ki, David Alaba "Bavariya" ilə 24 titul qazanıb.