"Bavariya" klubarası dünya çempionatının qalibi olmaqla 6-cı titulunu qazandı.

Qətərdə əldə olunan növbəti uğurda finalın ən yaxşı oyunçusu adına layiq görülən Robert Levandovskinin zəhməti az deyildi. 

Offsideplus.az xəbər verir ki, polşalı futbolçu klubun rəsmi saytına açıqlamasında dünya çempionluğu ilə bağlı fikirlərini dilə gətirib: "Qələbə qazanmağı çox istəyirdik. İndi əlimizdə 6 titul var. Fikrimcə, "Bavariya" və dünya futbolu üçün inanılmaz tarixdir. Bundan sonra uzun illər yaddaşlarda qalacaq".

Qeyd edək ki, eyni uğura "Barselona" da imza atmışdı. İspaniya nəhəngi 2009-cu ildə mümkün olan 6 titulun hamısını qazanmışdı.