Almaniya Bundesliqasının 19-cu turunda "Bavariya" "Hoffenhaym"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi rəqib üzərində 4:1 hesablı qələbə qazanıb. Jerom Boatenq, Tomas Müller, Robert Levandvski və Serj Qnabri fərqlənib. 

Qeyd edək ki, mövsümün əvvəlləri - sentyabrda  "Hoffenhaym" "Bavariya"nı 4:1 hesabla məğlub etmişdi.

Oyunun geniş icmalını təqdim edirik:

"Bavariya" - "Hofenhaym" 4:1 (J.Boatenq, 32. T.Müller, 43. R.Levandovski, 57. S.Qnabri, 63. - A.Kramariç, 44.)