Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski daha bir mükafat qazanıb.
Offsideplus.az xəbər verir ki, polşalı forvard İngiltərənin "The Guardian" nəşrinin versiyasına görə 2020-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb.
32 yaşlı futbolçu İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kriştiano Ronaldonu geridə qoyub.
Qalibi ən yaxşı keçmiş futbolçular, baş məşqçilər və idman jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, Levandovski FIFA-nın keçirdiyi sorğuda da birinci olaraq dünyanın ən yaxşı futbolçusu seçilmişdi.