Almaniya Futbol İttifaqı Markus Türamın cəzasını açıqlayıb.

Offsideplus.az "Kikker"ə istinadla xəbər verir ki, dünya və Avropa çempionu Lilian Türamın 23 yaşlı oğlu Almaniya çempionatının qarşıdakı 6 oyununu kənardan izləyəcək. Üstəlik, 40 min avro məbləğində cərimə ödəyəcək. 

Bu cəza yerli ittifaqın İntizam Komitəsinin tətbiq etdiyi ən sərt 3 cəzadan biri hesab olunur. 

Buna qədər "Borussiya" (Münxenqladbax) da futbolçunu 150 min avro məbləğində cərimələmişdi.

Qeyd edək ki, bundesliqanın 13-cü turu çərçivəsində baş tutan "Borussiya" - "Hoffenhaym" (1:2) qarşılaşmasında Türam rəqib futbolçunun üzünə tüpürdüyünə görə meydandan qovulmuşdu.