"Bavariya"nın futbolçusu David Alaba "Borussiya Dortmund" üzərindəki qələbə ilə rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Avstriya millisinin üzvü Almaniya Çempionatında yeni rekord vurub. "Borussiya"ya 2:3 hesablı qələbə Alaba üçün sayca 200-cü olub. 272 oyunda bu qədər qalibiyyətə nail olan 28 yaşlı yarımmüdafiəçi Bundesliqada yeni rekorda imza atıb.
Qeyd edək ki, aktivində 9 kubok olan David Alaba, 2019/20 mövsümündə Çempionlar Liqası qələbəsinə də şərik olmuşdu.