“Borussiya”nın hücumçusu Erlinq Holandın növbəti mövsüm "Real"a qoşulması baş tutmaya bilər.
Offsideplus.az xəbər verir ki, “kral klubu”nun norveçli futbolçunu gələn il heyətinə qatacağı bildirilsə də, 19 yaşlı hücumçunun 2022-ci ilə qədər “sarı-qaralar”ın heyətində olacağı vurğulanıb.
Qeyd edək ki, futbolçunun müqaviləsində 75 milyon avro təzminat qarşılığında sərbəst qalma maddəsi 2022-ci ildə qüvvəyə minəcək.