"Bayer" klubu "Roma"nın 24 yaşlı hücumçusu Patrik Şiki transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Bayer"  bu transfer üçün "Roma"ya 26,5 milyon avro ödəyib.

Qeyd edək ki, Şik ötən mövsüm icarə əsasında "Leyptsiq"də çıxış etmişdi. Çexiyalı futbolçu bu komandada 22 oyuna çıxıb və 10 qol vurub.