Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Qızıl Top"a Noyerin komanda yoldaşı Levandovskidən daha çox layiq olduğunu düşünür.

Offsideplus.az xəbər verir ki, 2020-ci ildə "Qızıl Top" verilsəydi, geniş kütlə mükafatı Robert Levandovskinin qazanacağını gözləyirdi. Lakin Yoahim Löv mübahisəli şəkildə "Bavariya"nın qapıçısı Manuel Noyerin mükafata daha çox layiq olduğunu bildirib.

"Levandovskiyə qarşı deyiləm, o dünyanın ən yaxşı hücumçularındandır. Lakin mənim üçün bu il dünyanın ən yaxşı oyunçusu Noyerdir", - deyə baş məşqçi qeyd edib.