Almaniyada idman yarışlarının tamaşaçısız keçirilməsi ilə bağlı qadağa oktyabrın 31-nə qədər uzadılacaq.

Offsideplus.az xəbər verir ki, bu müddətə qədər işçi qrupuna ölkədə idman tədbirlərinə tamaşaçıların qəbulu ilə bağlı təkliflər hazırlamağı tapşırılıb.

Qeyd edək ki, Bundesliqada 2020/21 mövsümü sentyabrın 18-də başlayır. Sentyabrın 11-də Almaniya kubokunda isə ilk turunun oyunları keçiriləcək.