İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Leroy Sane "şəhərlilər"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında bildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib.

Artıq Almaniya millisinin üzvünün yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında Sanenin "Bavariya" ilə anlaşdığını yazıb. Keçidin bu yay baş tutacağı gözlənilir.

Qeyd edək ki, Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib.