“Mançester Siti”nin üzvü Leroy Sane karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Offsideplus.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu oyunçunu almaqda israrlıdır. Sanenin “Bavariya”da çıxış edəcəyi təqdirdə klubun “10 nömrəsi” olacaq.
Qeyd edək ki, bu formanı Filipp Koutinyo geyinirdi. Braziliyalının çıxışı məşqçilər heyətini razı salmadığı üçün “Barselona”ya qaytarılacaq.