Koronavirus pandemiyası səbəbindən dayandırılan çempionat bərpa olunsa da, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys üçün mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb Almaniya millisinin üzvünün zədəsinin sağalmamasıdır. Artıq üç aydır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan hücumameyilli oyunçunun sağalma prosesinin uzun sürəcəyi müəyyənləşib.
Qeyd edək ki, cari mövsüm 19 görüşdə iştirak edən 30 yaşlı futbolçu 11 qol, 6 assistlə yadda qalıb.