"Borussiya" hücumçusu Erlinq Holandın satış qiymətini açıqlayıb.
Offsideplus.az “AS”a istinadən xəbər verir ki, Dortmund təmsilçisi norveçli futbolçunun satışından yaxşı gəlir götürmək niyyətindədir. Futbolu 120 milyon avro qarşılığında transfer edilə bilər.
Futbolçunun agenti Mino Rayola Holandı “Real”a satmaq istəyir. "Kral klubu" da 19 yaşlı forvardın xidmətində maraqlıdır.
Qeyd edək ki, Holandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilə qədərdir.