"Bavariya"nın kapitanı Manuel Noyer klubla yeni müqavilə bağlayacaq.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı qolkiperlə rəhbərlik arasında danışıqlar yenidən bərpa edilib. Təcrübəli qapıçı maliyyə məsələsində güzəştə gedib.
Almaniya millisinin üzvü maaşla bağlı tələbində endirimə getsə də, 4 illik müqavilə bağlamaqda israrlıdır. Klub isə 3 illik sözləşmənin imzalanmasına çalışır.
Qeyd edək ki, 2011-ci ildən "Bavariya"nın çərçivəsini qoruyan Manuel Noyerin müqavilə müddəti gələn ilin yayında bitəcək.