"Bavariya"nın müdafiəçisi David Alaba klubu ilə yeni müqavilə imzalamaqla bağlı təklifi rədd edib.
Offsideplus.az xəbər verir ki, avstriyalı futbolçunu təklif olunan şərtlər qane etməyib. Tərəflər koronavirus səbəbindən danışıqları 2-3 həftəlik təxirə salıblar. Əgər növbəti həftələrdərazılıq əldə olunmasa, David ən yaxın transfer pəncərəsi dövründə komandanı tərk edəcək.
Qeyd edək ki, D.Alabanın Münxen klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.