“Borussiya” (Dortmund) klubu məşqləri bərpa edir.
Offsideplus.az xəbər verir ki, klubun yarımmüdafiəçisi Emre Can “Sport1” nəşrinə açıqlamasında komandasının martın 30-dan etibarən məşqlərə start verəcəyini bildirib.
Futbolçu məvaciblərinin azaldılmasına razı olduqlarını da qeyd edib: “Məvaciblərimizin azaldılmasına gəlincə, biz onsuz da çox qazanırıq. Buna görə həmin məbləğin müəyyən hissəsini qaytarmalıyıq”.
Qeyd edək ki, hazırda dünyada geniş yayılan koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə futbol oyunları və məşqlər dayandırılıb.