“Bavariya” Bundesliqanın 26-cı turunda “Hamburq”u 6:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu qələbə matçı əvəzolunmadan keçirən David Alaba üçün əlamətdar olub. Belə ki, Münhen klubunun sol cinah müdafiəçisi Bundesliqada 150-ci qələbəsini qazanıb ki, o, bu göstəriciyə çatan ən gənc futbolçu kimi tarixə düşüb. 

25 yaş 8 aylıq olan Alaba “Bavariya”nın sabiq müdafiəçisi Hans-Georg Şvartsnbekin rekordunu (26 yaş, 1 ay) yeniləyib.