"Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sevimli klubuna qayıdıb.
Offsideplus.az xəbər verir ki,, 50 yaşlı mütəxəssis Münhen klubunda İdarə Heyətinin üzvü vəzifəsinə gətirilib.
O, qarşıdakı iki il ərzində İdarə Heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də isə Rummeniggenin müqavilə müddəti başa çatacaq və o, vəzifəsində gedəcək. "Alyanz Arena"da baş tutan təqdimetmə mərasiminda 2022-ci ilin yanvarından məhz Kanın İdarə Heyətinin sədri olacağı açıqlanıb.
Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"nın qapısını qoruyub.