"Bavariya"nın prezidenti Uli Höness komandanın qapıçısı Manuel Noyeri müdafiə edib.
Offsideplus.az xəbər verir ki, Münhen klubunun rəhbəri federasiyanı və millinin məşqçilərini hədələyib:
"Noyer milli komandanın əsas heyətində yerini itirsə, biz yığmaya oyunçularımızı göndərməkdən imtina edəcəyik. Bununla heç vaxt razılaşa bilmərik. Baş məşqçi Yoahim Löv də bizim mövqeyimizi bilir".
Xatırladaq ki, "Barselona"nın almaniyalı qolkiperi Mar Andre Ter Şteqen yığmada əvəzləyici olduğundan ezdiyini deyərək, Noyeri tənqid etmişdi.(sportinfo.az)