Almaniya Bundesliqasında son 7 ilin çempionu "Bavariya" uzun müddətdi heyətinə qatmağa çalışdığı Leroy Sanenin transferini yekunlaşdırmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, Fransanın məşhur "France Football" nəşri transferini dəyərini açıqlayıb. İddia olunub ki, "Bavariya" Almaniya millisinin üzvü üçün "Mançester Siti"yə 110 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 18 milyon avro maaş alacaq.
Bu keçid rəsmiləşsə, Leroy Sane Bundesliqa tarixinin ən bahalı transferi və ən çox maaş alan futbolçusu olacaq.