​Almaniyanın "Bavariya" klubu heyətini gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, onlar "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo üçün 80 milyon avroluq transfer təklifi hazırlayır.

​Münhen təmsilçisi Joao Feliksin "Barselona"ya qayıdacağı və bunun nəticəsində Olmonun meydanda az vaxt qazanacağı təqdirdə transfer danışıqlarını daha da sürətləndirə bilər.

​Hələlik futbolçunun özü komandada qalmaq istəsə də, "Barselona" 80 milyon avroluq təklif gələcəyi təqdirdə bunu ciddi şəkildə nəzərdən keçirə bilər.