"Bayern Münhen" klubunun baş məşqçisi Vensan Kompani gənc futbolçusu Lennart Karlı müdafiə edib.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı istedad ötən günlərdə gələcəkdə "Real Madrid"ə transfer olmaq istədiyini bildirmişdi:

"Karlın hələ 17 yaşı var. Səhv edəcək, bunlar normaldır. Bu yaşda o, möhtəşəm bir intizama sahibdir. Bəs siz o yaşda nə edirdiniz?

Biz bu hadisəni heç böyütmədik. Yoldaşları onunla zarafatlaşdı, əyləndik və mövzunu bağladıq. Yaxşı oynadığı və məşqlərini azaltmadığı müddətcə heç bir problem yoxdur".

Qeyd edək ki, L. Karl cari mövsüm 21 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.