COVİD-19 epidemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 yay olimpiya oyunlarının ləğvi məsələsi gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, təşkilat komitəsinin direktoru Haruyuki Takaşi bu barədə məlumat verib.

O, oyunların ləğvinin qarşısını almaq üçün çalışacaqlarını deyib.

Tokio olimpiadasının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.