Azərbaycan Basketbol Liqasında (ABL) bu gün 3 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, iki qarşılaşma XI turun görüşü olub. 

"Sərhədçi" "Quba"nı, "Abşeron Lions" isə "Şəki"ni məğlub edib.

Günün ilk matçında IX turdan təxirə salınan oyunda "Sabah" "Gəncə"ni qəbul edib. Oyun saat 17:00-da başlayıb və "Sabah"ın qələbəsi ilə yekunlaşıb.

XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.

ABL

A qrupu

17:00 "Sabah" - "Gəncə" 88:82

(29:18, 21:25, 17:19, 21:20)

B qrupu

20:00 "Sərhədçi" - "Quba" 97:78 (17:21, 17:21, 33:18, 30:18)

20:00 "Abşeron Lions" - "Şəki" 107:82 (30:16, 29:15, 24:30, 24:21)