“Sumqayıt” – “Lənkəran” görüşündən sonra "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunu dəyərləndirərək futbolçularının əzmkarlığını xüsusi vurğulayıb:
“Bütün komandama minnətdarlığımı bildirirəm. Uşaqlar bu gün sona qədər döyüşdülər. Hesab baxımından böyük xal fərqi ilə geridə olmağımıza baxmayaraq, sonda nəticəni xeyrimizə dəyişə bildik. Açığı, çox da danışmaq istəmirəm. Bu qələbə yeni il bayramı ərəfəsində komandamız və Sumqayıt şəhəri üçün böyük hədiyyədir”.

Kuramşın matçda zədəli halda çıxış edən oyun qurucusu Keon Klerqotun fədakarlığını da qeyd edib:
“Bu gün 44 xal toplayan oyun qurucumuz Keon Klerqot zədəli halda oynadı. Hətta düşünürdüm ki, ona bu oyunda şans verə bilməyəcəyik. Zədəsinə görə 3 gün məşqlərdə iştirak etməmişdi”.

Qeyd edək ki, “Sumqayıt”ın əzmkarlıq nümayiş etdirdiyi qarşılaşma komandanın əhəmiyyətli qələbəsi ilə yadda qalıb.