Sabah saat 18:00-da basketbol üzrə kişilərdən ibarət milli komandamız Bakı İdman Sarayında Lüksemburqla qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, AÇ-2027-nin ilkin seçmə mərhələsinin ilk qrup oyununda Şimali Makedoniyaya uduzan (87:49) yığmamızın baş məşqçisi Tahir Baxşıyev sabahkı oyun barədə fikirlərini bölüşüb: 

"Sabah çətin olacaq. Lüksemburq İrlandiyaya qalib gəldi. Komandamıza inanıram. Kamranda (Məmmədov) bir az zədə var, lakin sabah hazır olacaq. Tam heyətlə çıxacağıq. Çıxıb vuruşmalıyıq. Əsas gücümüz hücuma tez çıxmaqda, müdafiədə sərt oynayamağımızda olacaq. Çalışacağıq ki, yaxşı nailiyyət olsun. Şimali Makedoniyaya qarşı oyundan sonra danışdıq, istədiyimiz olmadı. Bu gün tamamilə sabahkı rəqibə fokuslanmışıq. Öz meydançamızda, azarkeşlərimiz qarşısında oynayacağıq. Sabah əlimizdən gələni edəcəyik".