FIBA Avropa Kubokunda iki Azərbaycan klubu - "Neftçi" və "Abşeron Lions" üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürüb. Qarşılaşmadan Abşeron təmsilçisi 86:95 hesablı qələbə ilə ayrılıb. 

Bu komandaların arasındakı ilk oyunda "Neftçi" 104:86 hesabı ilə qalib gəlmişdi.

Qrupun digər oyununda "Kalev' "Trefl"i qəbul edəcək. Bu oyun isə Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, I qrupunda son turdur. Turnir cədvəli isə belədir.

1. "Trefl" - 9 xal, 2. "Neftçi" - 8 xal, 3. "Kalev" - 7 xal, 4. "Abşeron Lions" - 6 xal.

FIBA Avropa Kuboku, I qrupu

"Neftçi" - "Abşeron Lions" 86:95 (28:20, 15:27, 25:22, 18:26)