Azərbaycan Basketbol Liqasında (ABL) VII turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Naxçıvan"ı qəbul edəcək.
Görüş Sumqayıt Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək.
Bu komandalar B qrupunda mübarizə aparır.
"Naxçıvan" 10 xalla ikincidir. "Sumqayıt" isə 8 xalla sonuncudur.



