"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, rəqib Fransanın "Elan Şalon" kollektivi olub. "Bayquşlar" ilk qələbəsini qazanmağa yaxın olsa da, son 2 periodda üstünlüyünü itirib. Təmsilçimiz rəqibinə 87:89 hesabı ilə məğlub olub. 

İlk qarşılaşmada Fransa klubu 84:71 hesabı ilə qələbə qazanmışdı.

FIBA Çempionlar Liqası, B qrupu IV tur

12 noyabr (çərşənbə)

20:00 "Sabah" - "Elan Şalon" 87:89 (20:21, 31:17, 26:31; 10:20)

Milli Gimnastika Arenası