Azərbaycan Basketbol Liqasında bu gün II tura yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son oyun 2 qarşılaşma keçiriləcək. "Sərhədçi"saat 14:00-da Sərhədçi İdman Mərkəzində "Lənkəran"ı qəbul edəcək.
Saat 19:00-da isə "Naxçıvan" "Sumqayıt" ilə üz-üzə gələcək. Bu görüş Bakı İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, daha öncə "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.



