Türkiyəli basketbolçu Ege Derin karyerasını Azərbaycanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Gəncə" klubu onu heyətinə cəlb edib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ege Derin son olaraq ölkəsində "İlklər Şəhəri Uşak" komandasının formasını geyinib.



