Azərbaycan Basketbol Liqasının yeni mövsümünün I turu çərçivəsində sentyabrın 30-da keçiriləcək NTD - “Gəncə” oyunu barədə NTD-nin baş məşqçisi Tahir Baxşıyev fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Biz bilirik ki, “Gəncə” yaxşı yerli oyunçular, həmçinin legionerlərlə güclənib. Çətin oyun gözləyirik. Bu çempionatda ilk matçımız olacaq. Amma NTD hər zaman olduğu kimi hazır olacaq. Məşqlərə bir az gec başlamışıq. Təəssüf ki, bu günə qədər heyəti tam komplektləşdirmək mümkün olmayıb. Amma biz mübarizə aparacağıq. NTD həmişə meydana yalnız qələbə üçün çıxır. Həmişə böyük ambisiyalarımız olub. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


