Rimas Kurtinaytisin çalışdırdığı Litva yığması Avropa çempionatına qələbə ilə başlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin komandası B qrupunda mübarizə aparır. Onlar ilk matçında Böyük Britaniyanı 24 xal fərqlə məğlub edib - 94:70.

Görüşün ən məhsuldar oyunçusu illərdir NBA-də çıxış edən Yonas Valançyunas olub. O, 18 xalla oynayıb.

B qrupunda bu iki komandadan başqa Finlandiya, Çernoqoriya, Almaniya və İsveç də çıxış edir. İlk 4 yeri tutan yığma növbəti mərhələyə yüksələcək.

Qeyd edək ki, R. Kurtinaytis eyni zamanda "Sabah"ın da baş məşqçisidir.