NBA-nın ulduz oyunçularından biri olan Luka Donçiç futbolun canlı əfsanələrindən biri olan Tyer Anri ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, görüş zamanı Donçiç Anriyə öz formasını hədiyyə edib, Anri isə cavab olaraq Donçiçə futbol forması bağışlayıb.

Donçiç basketbol dünyasında olduğu kimi, futbola da böyük maraq göstərir. O, uşaqlıqdan futbolu sevdiyini dəfələrlə dilə gətirib. Tyer Anri isə futbol tarixinin ən böyük hücumçularından biri hesab olunur və onunla görüş Donçiç üçün xüsusi anlardan biri olub.

Həmin fotonu təqdim edirik: