“Gəncə” heyətini yeni oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, klub ABŞ-lı basketbolçu Malek Deyvis ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
25 yaşlı hücumçu mövqeyində çıxış edir və 178 sm boya malikdir. O, karyerası ərzində müxtəlif liqalarda oynayıb və son olaraq Litvanın “Alytus” klubunun formasını geyinib. Sürətli oyun tərzi və hücumdakı bacarığı ilə tanınan Deyvisin “Gəncə”yə mühüm töhfə verməsi gözlənilir.
Yeni transfer “Gəncə”də 2 nömrəli forma ilə meydana çıxacaq.