"Milwaukee Bucks"ın üzvü Yannis Adetokunbo maraqlı göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, yunan basketbolçu NBA-ya keçəndən sonra çəki artırıb. ABŞ-yə köçməmişdən öncə o, 86 kq idi. İndi isə onun çəkisi 110 kqdır.
Bu məlumatı NBA-nın rəsmi saytı yayıb.
Qeyd edək Adetokunbo bu mövsüm 22 matçda meydana çıxıb.